Eldar Mahmudovun ən ağır günü haqqında ilk dəfə... - Şok təfərrüatlar!

Eldar Mahmudovun ən ağır günü haqqında ilk dəfə... - Şok təfərrüatlar!
SOSİAL
11:52 23.11.2016
6458
Bu il artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sonuncu rəhbəri Eldar Mahmudovun 60 yaşı tamam olub. Mahmudov yubiley yaşını heç vaxt proqnozlaşdırmadığı kimi - sadəcə, ailə üzvləri ilə qarşılayıb. Əlbəttə, əgər buna "qarşılamaq” demək mümkündürsə. Onun yubiley yaşını dilxorçuluq və hüzn müşayiət edib.

Bu barədə Qaynarinfo.Az-a daxil olan məlumatda bildirilir ki, yubiley yaşının ovqatından çox-çox uzaq olan Eldar Mahmudov, həm də son illərdə ilk dəfə bahalı ad günü təbriklərindən məhrum qalıb. "İstər 1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edildikdən, istər bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkildikdən sonra, istər 1993-2003-cü illərdə eyni nazirliyin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyərkən, istərsə də 2004-cü ilin əvvəlindən Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Eldar Mahmudovun şəxsi həyatındakı əlamətdar günlər öz təmtərağı ilə yadda qalıb. 2004-cü ildə milli təhlükəsizlik naziri vəzifəsinə təyin edildikdən sonra isə Mahmudovun xüsusilə ad günləri dəbdəbəsi ilə seçilib. Ona belə günlərdə kifayət qədər bahalı hədiyyələr edilib. Bu sırada dəyəri bir neçə milyon manatla ölçülən mülklərdən tutmuş, nadir və yüksək qiyməti olan qızıl-zinnət əşyaları hədiyyə edilirdi”, - deyə saytımıza məlumat verən mənbə bildirib. 

"Maraqlıdır ki, əksər nazirlərdən fərqli olaraq, Eldar Mahmudov MTN "şefi” olarkən konkret doğum gününü ictimaiyyətdən gizlədib. Şərq təqviminə görə, o, Meymun ilindəndir (1956-cı il), hansı ayda və gündə doğulduğu bilinmədiyi üçünsə onun bürcü barədə nəsə demək çətindir”, - deyən qaynağımız bununla belə, bir sıra nüfuzlu vəzifə və biznes sahiblərinin keçmiş nazirin ad günü barədə məlumatlı olduğunu, ona kifayət qədər böyük məbləğlərlə ölçülən hədiyyələr verildiyini bildirib. 

"Mahmudovun ən səssiz, sönük ad günü isə onun 60 illiyi olub. 2015-ci ilin oktyabrında gözlənilmədən vəzifəsindən kənarlaşdırılan, ardınca isə özünün və yaxın ətrafının daxil olduğu cinayətkar şəbəkə barədə sensasion məlumatların ortaya çıxdığı, hazırda vaxtilə əmrində olmuş kifayət qədər yüksək çinli şəxslərin qanunsuz əməllərə görə məhlkəmə qarşısına  çıxarıldığı keçmiş MTN "şef”inin yubileyi təbii ki, ailə üzvlərindən başqa heç kimin yadına düşməyib. Onun ən yaxın qohumları isə Mahmudovu indiki vəziyyətində təbrik etməyi ya lazım bilməyiblər, ya da buna cəhd etməkdən ehtiyatlanıblar”, - deyə Qaynarinfo.Az-a daxil olan məlumatda vurğulanır.

Bir sözlə, cəmi bir il əvvələdək ad günləri kiminsə onun gözünə girməsi üçün fürsətə çevrilən, elə ona görə də bahalı, gözqamaşdırıcı hədiyyələrlə müşahidə olunan Eldar Mahmudov indi 60 illik yubileyində telefon zənginə belə həsrət qalıb.

Bu yerdə isə yada məşhur bir atalar sözü düşür: Kiminin əvvəli, kiminin axırı..
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi