Eldar Qasımov: "Silahı yerə qoymağa çağırıram"

Eldar Qasımov: "Silahı yerə qoymağa çağırıram"
MAQAZİN
00:31 04.04.2016
10429

Zorakı yolla dinc razılaşmalara nail olmaq mümkün deyil.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sputnikə" "Eurovision" müsabiqəsinin qalibi Eldar Qasımov bildirib.

Onun sözlərinə görə, indi bütün dünyada vəziyyət qeyri-sabitdir, regionumuz da gərgin vaxtlarını yaşayır.

"Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağı və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyi çağırıram".

OXŞAR XƏBƏRLƏR