Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Xalq aristi Bakı şəhərindəki "Qurd qapısı” qəbiristanlığında vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.