Eldar Sabiroğlu hakimiyyətdən imtina edən oğluna: 'Səni boğaza yığmışdılar bilirəm' - MÜRACİƏT

Eldar Sabiroğlu hakimiyyətdən imtina edən oğluna:
SİYASƏT
01:09 21.12.2015
4872

Xəbər verdiyimiz kimi, keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabir rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarında işləyən oğlu Rüfər Səfərov bu gün ölkədəki “kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq”, vəzifəsindən istefa verdiyini və müxalifətə keçdiyini bəyan edib. E.Sabiroğlu isə bu addımına görə oğlunu qınayıb.Xəbər verdiyimiz kimi, keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabir rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarında işləyən oğlu Rüfər Səfərov bu gün ölkədəki “kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq”, vəzifəsindən istefa verdiyini və müxalifətə keçdiyini bəyan edib. E.Sabiroğlu isə bu addımına görə oğlunu qınayıb.

Keçmiş deputat oğluna müraciətində yazıb:“Oğlum Rüfətə!Əziz Rüfət, tale elə gətirdi ki, sənə belə müraciət edəsi oldum. Həyatın keşməkeşlərini az görməmişdim, ancaq səndən belə bir zərbə alacağımı heç ağlıma gətirməzdim. Bağışlamaq çətindir, ancaq sən mənim övladımsan, səndən necə keçə bilərəm ki… Ata-bala kimi aramızda çox söhbətlərimiz olub. Sənə böyük ümidlərim var idi, qırdın…Heç vaxt istəməzdim ki, belə olsun, amma məsləhət yenə Allahındır. Axı sən belə oğul deyildin. Bir neçə günün içində səni dəyişdirən nə oldu, əziz oğul? Rüfət, həm özünə, həm də ata-anana problemlər yaratdın. Sən axı bilirdin ki, mən kimlərlə mübarizə aparıram. Özün də duymadan onların məkrli və çirkli niyyətlərinə xidmət etmiş oldun. Hansı “qara qüvvə” səni bu yola çəkdi? Beş il birlikdə olmadıq, səndən uzaq qaldıq, ananla səni qoruya bilmədik.Yazırsan ki, oğulluqdan imtina edə bilərsən, Ata. Səhv düşünürsən, oğlum! Səni böyütmədim ki, səndən asanlıqla imtina edəm. Gəl razılaşaq ki, yanlışı seçdin, rəqiblərə, söyüş söyənlərə, təhqir yağdıranlara, atana amansız zərbə vuranlara fürsət verdin. Seçdiyin yolun səhv olduğunu dərk edib geri dön, oğlum, sənə məsləhətim budur.

Düzdür, bir həqiqətdir ki, səni boğaza yığmışdılar və bilirəm ki, buna dözmədin. Sən imtahan verərək yüksək göstəricilərlə prokurorluq orqanlarına qəbul olunmuşdun, ancaq buna baxmayaraq səni Zərdaba göndərdilər. Beş il orda əziyyət çəkəsi oldun, qalmağa yerin belə yox idi. Bunların hamısını yaxşı bilirəm. Səninlə bərabər imtahan verərək zəif nəticələr toplamışları bir ildən sonra daha yaxşı yerlərə göndərdilər, amma səni seçdilər, ayırdılar yoldaşlarının cərgəsindən. Və yaxşı bilirəm ki, bütün bunlar mənə görə idi. Prezident Administrasiyası rəhbəri haqqında yazdığım materiallardan, yazılardan qorxub, ehtiyyat edib sənə haqq etdiyini vermədilər. Sən də günlərin birində acığa düşüb tutduğun yolu atdın.Oğlum Rüfət, məni neçə illər idi ki, boğaza yığırdılar, amma sənin naminə hər şeyə dözürdüm. Nə olardı ki, sən də bir az dözümlü olaydın. Sən də mənə görə dözməliydin. Ürəyim doludur, Rüfət, deyə bilmirəm!Səni bu yola sövq edən səbəblər, kəslər, hədəflər neçə illərdir ki, atanın qarasınca düşmüşdülər. Lakin mən onlara görə seçdiyim yoldan dönmədim və hesab edirəm ki, düz etdim. Ancaq seçim sənindir, özün bilərsən oğlum. Ananın sənə çoxlu salamları var.Oğlum, Allah sənin başının üstündə olsun, Allah səni bəd qüvvələrdən qorusun!”

Rüfər Səfərov

Rüfətin atasına cavabı isə qısa olub:“Eldar Sabiroğlu, mənim atam. Əziz insan, ünvanima təhqir söyləyirsiniz! Olmaz! Sizin sözünüzdən bu nəticə hasil olur ki, mən şəxsi planda dava edirəm. Elan edirəm ki, Zərdab və zərdablılar mənim namusumdur! Mən məkan söhbəti edəcək qədər şəxsiyyətsiz deyiləm!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib