Eldar və Nigar Heydər Əliyevin abidəsini ziyarət ediblər

Eldar və Nigar Heydər Əliyevin abidəsini ziyarət ediblər
ŞOU-BİZNES
09:51 16.05.2011
1998

Bu gün səhər Vətənə qayıdan qaliblərin ilk gördüyü iş H. Əliyevin abidəsinin önünə gül dəstələri qoymaq olub. 

Ziyarətdən sonra Eldar üzünü ictimaiyyətə tutaraq belə deyib: "Bu, təkcə Nigarla mənim qələbəmiz deyil, bütün Azərbaycanın qələbəsidir".

Böyük fanat ordusu ilə qarşılaşan Eldar və Nigar jurnalistlərin suallarını qısaca belə cavablandırıblar:
"Çox sağ olun ki, bu neçə ay ərzində bizimlə oldunuz, bizi tək qoymadınız. Sabah keçiriləcək mətbuat konfransında sizi gözləyirik".

Qeyd edək ki, sabah Eldar və Nigarın mətbuat konfransı olacaq. Qaliblər jurnalistləri maraqlandıran bütün suallara cavab verəcəklər.

 

/// ANS TV

OXŞAR XƏBƏRLƏR