Eldar və Nigarı qarşılamaq istəyənlər bu xəbəri oxusun

ŞOU-BİZNES
18:17 15.05.2011
1753

Bununla bağlı "İrəli"nin Facebook səhifəsində yazılıb: "Gecə saat 2:45-də Park Bulvarın qarşısında toplanıb qaliblərimizi qarşılamağa gedirik. İstəyən öz maşınları gəlib bizə qoşulsun... Lakin istənilən halda oraya toplanacaq hər kəs üçün aeroporta gedib sonra geri dönməyə nəqliyyat təmin olunacaq. Özünüzlə bayraqları götürməyi unutmayın. Azərbaycanın adını Avropa mədəniyyətinin zirvəsinə yazan insanları vətəndə layiqincə qarşılamaq lazımdır!"

ATGTİ-nin rəsmi saytında da bu haqda  məlumat verilib:   Eldar Qasımov (Ell) və Nigar Camalı (Nikki) qarşılamaq məqsədilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları saat 02:00 -da Heydər Əliyev Beynəlxalq hava limanına yollanacaqlar. Bizə qoşulmaq istəyənlər qeyd edilmiş saatda ATGTİ-nin qərargahına gələ bilərlər. Qeyd edək ki, tələbələr hava limanına avtobus vasitəsi ilə gedəcəklər.

Qeyd edək ki, hər biriniz bu qruplara qoşulub onlarla birlikdə hava limanına gedə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR