Eldar və Nigar “2011-ci ilin adamı” seçildilər

MAQAZİN
00:51 16.01.2012
2533
Milli qəhraman Çingiz Mustafayev fondu və ANS şirkətlər qrupu 2011-ci ilin adamını müəyyənləşdirib.Beləliklə bu ada ötən il bütün Avropanı arxada qoyaraq vətənmizin bayrağını qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiyinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdığına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimzin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Azərbaycana gətirilməsi ilə ölkəmizə marağın artmasına səbəb olduğuna və bununla da Azərbaycanın ümumi inkişafına samballı töhfə verdiyinə görə “Avroviziya-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal layiq görülüblər.Mükafatın təqdimat vaxtı və yeri barədə təşkilat komitəsi əlavə məlumat verəcək.Qalibləri təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.Qeyd edək ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 2002 və 2003-cü illərdə mərhum prezident Heydər Əliyev, 2004-cü ildə Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, 2005-ci ildə YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, 2006-cı ildə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, 2007-ci ildə Prezident İlham Əliyev, 2008-ci ildə Azərbaycanın görkəmli rəssamı Tahir Salahov, 2009-cu ildə isə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, 2010-cu ildə isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov "İlin adamı" adına layiq görülüb.
Ans Press

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb