Eldar və Nigar: ‘Hər cür filmdə çəkilə bilərik’ – MÜSAHİBƏ

Eldar və Nigar: ‘Hər cür filmdə çəkilə bilərik’ – MÜSAHİBƏ
MAQAZİN
11:05 16.04.2012
2987

Onlar bir neçə ay ərzində bərabər fəaliyyətdən sonra onlar bütün dünyanı özlərinə heyran etdilər. Eldar Qasımov diplomatiya üzrə təhsil alan qayğısız gənc, Nigar Camal isə iki uşaq anası, evdar xanım idi. Onları nə birləşdirdi - mötəbər yarışmada iştirak etmək arzusu. Onlar arzularının arxasınca getdilər və onu reallaşdırdılar. Təbii ki, tək yox, bir çox insanların köməkliyi ilə. İndi onlar üçün həyata keçməyən arzu anlayışı yoxdur. AZXEBER.COM portalı, "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın "Aysel" jurnalına verdiyi müsahibəni təqdim edir. -Bu, fantastik bir şeydir, "Eurovision" musiqi müsabiqəsində çox məşhurlar iştirak edirdi, iki tanınmamış insan isə qalibiyyət əldə etdi, buna necə nail oldunuz, sirr nədədir? Eldar:- Məncə, burada bir sirr yoxdur. Biz sadəcə ifamızı yaxşı etməyə çalışdıq, başlanğıcdan bir şou yaratmağa cəhd etdik. Məncə, bizdə alındı. Biz bunu edə bildik. Nigar:- Məncə, bu işdə yeni olanlar onu yaxşı bilən insanlardan daha çox çalışırlar, çünki biz qalib gəlmək, qazanmaq istəyirik. Hamıdan daha çox çalışırıq. -Demək istəyirsiniz ki, bu işdə yeni olmaq üstünlükdür? Eldar:- Bilmirəm (cavab verməyə çətinlik çəkirlər - red.) -Məsələn, siz builki müsabiqədə "Blue" qrupu və Cerl qardaşları kimi böyük adları geridə qoydunuz. Sizcə, bunun arxasında duran sirr nədir? Nigar:- Bilirsiniz, bu bizim üçün bir müsabiqə deyildi, biz gördüyümüz işdən həqiqətən də zövq alırdıq. Bizim üçün bu, daha çox festival kimi idi. Adlarını çəkdiyiniz insanlar dostlarım idi, onlarla ünsiyyətdən zövq alırdım. Eldar:- Bu, böyük ailəyə bənzəyir. Səhnəyə çıxırsan, ifa edirsən və səhnə arxasına keçəndə bütün ulduzlarla söhbət edirsən. -Sizi səhnədən dəstəkləyənlər çox idi, bəs səhnə arxasında sizin üçün işləyən nə qədər adam var idi? Nigar:- Saç ustaları, vizajistlər. Eldar:- Çox idilər, onların hamısını saya bilmərik, böyük dəstə var idi, onlar olmadan heç nə edə bilməzdik. Bu, tapmaca kimi bir şeydir. Mən deyərdim ki, pazlın bütün hissələri tapılmalı və yerləşdirilərək böyük şəkil alınmalıdır. Onlar bunu etdilər və bizim başqa şəklimizi hazırladılar. Düşünürəm ki, pazlın bir hissəsini tapmasaydıq qələbə qazana bilməzdik. -Bir-birinizi nə qədər vaxtdır tanıyırsınız, nə zamandan bir yerdə ifa edirsiniz? Eldar:- Jüri üzvlərinin duet yaratmaq fikri yaranandan bəri. İndi biz ən yaxın dostlarıq. Əgər mən yorğun və kədərliyəmsə, o məni güldürür eyni şeyi mən də etməyə çalışıram. -Bir-biriniz haqda ilk təəssüratlarınız nə idi? Nigar:- Biz milli seçim turlarında tanış olmuşduq, sonradan aramızda gərgin mübarizə gedirdi, mən onu şəxsən tanımırdım. Biz fərqli musiqi üslublarında ifa edirdik, mən rnb, o isə həzin. Sonrakı mərhələlərdə bir-birimizə daha yaxın olduq, daha asan işlədik. O çox yaxşı oğlandır. Eldar:- O, çox şirindir (gülür - red.), birinci dəfə bir yerdə oxuyacağımızı anlayanda milli seçim turunun finalında səhnədə idik. Çox sevinirdik, çünki adlarımız səsləndi. Səhnəyə çıxdıq və mahnılarımızı ifa etdik. Mənim üçün bunu anlamaq çətin idi. Çünki bilirdim ki, böyük iş yerinə yetirməliyik. O anda çox xoşbəxt idim. -Siz səhnədə çox romantik görünürsünüz, aranızda hər hansı romantik əlaqə varmı? Nigar:- Biz səhnədə oxumaqla bərabər şou göstəririk. Səhnəyə çıxanda biz həm yaxşı ifaçı, həm də yaxşı aktyor olmalıyıq. -Yəni səhnədə romantik, səhnə arxasında isə dostsunuz? Eldar:- Biz sadəcə aktyorlarıq. Həyatda real olmayan şeyləri səhnədə göstərməliyik. -İndi münasibətlərin hansı mərhələsindəsiniz? Eldar:- Biz dostuq, bir-birimizi yaxşı başa düşürük, köməkləşirik. Nigar:- Mən onu qardaşım kimi sevirəm. -Sevgi yaş tanımır, elə deyil? Nigar:- Düzdür, amma bizə aid deyil. -Bundan sonra həyatınız musiqiyə bağlı olacaq, eləmi? Eldar:- Düzdür, ikimiz də oxumaq istəyirik, karyeramızı davam etdirmək fikrimiz var. Şəxsən mən musiqi təhsili almaq istəyirəm. Nigar:- Aktrisalıq fəaliyyətimi davam etdirmək niyyətindəyəm. 10 ildən sonra özümü Hollivudda görürəm. -Hansı filmlərə çəkilmək istəyirsən? Nigar:- Hər cür film ola bilər, hazırda yaşadığım İngiltərədə çəkilə bilərəm. -Musiqi karyerasından uzaq olduğunuz halda müsabiqəyə qatılmaq fikri haradan yarandı? Eldar:- Bu mənim uşaqlıq arzum idi, ilk dəfə yarışmaya baxanda 10 yaşım var idi. Ağlıma gətirməzdim ki, orada iştirak edəcəyəm. Müsabiqəni Bakıya gətirəcəyimi isə təsəvvür etməzdim. Nigar:-Bizim gətirəcəyimizi (gülür - red.) -Bəli, siz müsabiqəni Bakıya gətirdiniz. Buna görə minnətdarıq, sizcə, bizim hazırladığımız müsabiqənin fərqi nə olacaq? Eldar:- Çox möhtəşəm şou görmək istəyirik, bütün Avropa ölkələrindən fərqli olsun. Bu, arzumuzdur, bildiyiniz kimi arzular çin olur. Nigar:- Əlimizdən gələni edəcəyik. Qarşıda bizi gərgin iş, məşqlər gözləyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir