Eldardan "Maskasız" ifalar - VİDEO

Eldardan "Maskasız" ifalar - VİDEO
MAQAZİN
16:20 26.11.2025
126
"Avroviziya 2011” qalibi Eldar Qasımov "Maskasız” albomunu təqdim edib.

AZXEBER.COM xəbər verir ki, albomda 2024-cü ildə İTV-də yayımlanan "Maska” layihəsində onun Cırtdan obrazında ifa etdiyi və tamaşaçıların böyük rəğbətini qazanan üç mahnı yer alıb.

"Maskasız” albomunda Eldar mahnıları öz orijinal səsi ilə ifa edib. Albomda Əməkdar artist Xumar Qədimovanın "Gələcəyəm, gəl desən”, Mətanət İsgəndərlinin "Axtarma məni” və mərhum Xalq artisti İlhama Quliyevanın "Unuda bilməzsən” mahnıları yer alıb.

"Bu mahnıları dərindən hiss etmək üçün mənə çox zaman lazım oldu. Janr baxımından oxşar təsir bağışlaya bilərlər, amma emosional və məna yükünə görə tamamilə fərqlidirlər. İşə başlamazdan əvvəl müəlliflərdən xeyir-dua aldım. Bu, çox məsuliyyətli bir proses idi” deyə, Eldar əlavə edib. 
 

OXŞAR XƏBƏRLƏR