Eldarla Nigar “Eurovision”da münsif oldular

Eldarla Nigar “Eurovision”da münsif oldular
MAQAZİN
18:10 14.01.2012
3090

Bu barədə müsabiqənin rəsmi internet saytında məlumat yerləşdirilib

Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal, üçüncülük qazanan Aysel Teymurzadə, tanınmış prodüser-bəstəkar İsa Məlikov və “Eurovision” milli seçimlərində iştirak edən Dilarə Kazımova Danimarkanın təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərdə münsif kimi iştirak edirlər. Müsabiqənin rəsmi internet saytında yerləşdirilən xəbərə görə, münsiflər heyətində Azərbaycanla yanaşı, son dörd ildə müsabiqədə qalib gələn ölkələrdən nümayəndələr təmsil olunurlar. Bu sırada Rusiyadan müsabiqə təmsilçisi Aleksey Vorobyov, Anna Kulikova, Norveçdən Aleksandr Rıbak, Almaniyadan Peter Bergener, Roger Cicero və başqaları da var.
Ölkənin təmsilçisinin adı isə yanvarın 21-də bəlli olacaq. Müsabiqənin qaydalarına əsasən, nəticələrin hesablamasında 50% tamaşaçıların, 50 % isə münsiflər heyətinin rəyi nəzərə alınacaq. Milli seçimlər Dansk Melodi Grand Prix adı altında baş tutacaq.
APA
OXŞAR XƏBƏRLƏR