APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, mayın 10-da keçirilən ilk yarımfinalın birincisi Yunanıstan təmsilçiləri olub. Təmsilçilər yarımfinalda çıxış edən 19 ölkə arasında 133 balla birinci yeri əldə ediblər. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal isə bu yarımfinalda ikinci olublar. Qalib təmsilçilərimizin yarımfinal göstəricisi 122 baldır. I yarımfinalın üçüncüsü 103 balla Finlandiya, dördüncüsü 100 balla İslandiya, beşincisi 81 balla Litva, altıncısı 74 balla Gürcüstan, yeddincisi 72 balla Macarıstan, səkkizincisi 67 balla Serbiya, doqquzuncusu 64 balla Rusiya 64 və onuncusu 55 balla İsveçrə olub. Adları sadalanan 10 ölkə finalda mübarizə aparan 25 ölkə arasında olub.
Həmin yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparan Malta 54 balla 11-ci, Ermənistan 54 balla 12-ci olub. Türkiyə isə 47 bal toplayıb və 13-cü yeri tutub.