"Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır"

"Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır"
SİYASƏT
14:43 13.06.2023
264
"Bu gün Sizinlə həm görülmüş işlərə yekun vurduq. Eyni zamanda növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq".
 
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.

"Həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni bütün əldə edilmiş uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır", - Azərbaycan Prezidenti bildirib.
OXŞAR XƏBƏRLƏR