"Əldə etdiyimiz uğurların davamını gətirməliyik" - Qurban Qurbanov

"Əldə etdiyimiz uğurların davamını gətirməliyik" - Qurban Qurbanov
İDMAN
02:30 31.07.2024
289
"Əvvəlcə Olimpiya çempionu olan Azərbaycan cüdoçusu Hidayət Heydərovu təbrik edirəm. Bu adı qazanmaq hər bir idmançının arzusudur. Oyuna gəlincə, əla mübarizə apardıq. Komandadan razı qaldım".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda doğma meydanda Cəbəllütariqin "Linkoln” komandasına 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, növbəti mərhələdə hansı rəqiblə düşəcəyi ilə bağlı düşünmədiyini bildirib: "Biz bütün fikrimizi bugünkü oyuna yönəltmişdik. "Ludaqorets" Avropada son illər yaxşı təsir bağışlayır. "Dinamo"nun (Minsk) da heyəti gəncdir. Onların sürətli oyunçuları var. Güclü olan tərəf bizə rəqib olacaq".

Mütəxəssis ildən-ilə komandasının beynəlxalq arenada böyük təcrübə yığdığını söyləyib: "Əldə etdiyimiz uğurların davamını gətirməliyik. Arxayınlaşmaq olmaz. Daha yuxarı pillələrdə olmaq istəyirik".

"Qarabağ"ın çalışdırıcısı AFFA Hakimlər Komitəsinin belçikalı yeni sədri Frank De Blekerenin təyinatı ilə bağlı da fikirlərini bölüşüb: "İstəyirdim ki, yerli hakimlərə üstünlük verilsin. Əlbəttə, yerli kadr hazırlamaq üçün də vaxt lazımdır. Lakin futbol sahəsində azərbaycanlıların olması daha yaxşı olar".

Q. Qurbanov matçı tribunadan izləyən "Sabah"ın ukraynalı sabiq futbolçusu Aleksey Kaşukun "Qarabağ"ın transfer siyahısında olmadığını deyib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III raundunda "Ludaqorets” (Bolqarıstan) – "Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdən Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
18:00 02.03.2026
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
17:40 02.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
17:28 02.03.2026
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
17:22 02.03.2026
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
17:20 02.03.2026
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
17:10 02.03.2026
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
16:57 02.03.2026
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
16:56 02.03.2026
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
16:53 02.03.2026
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
16:34 02.03.2026
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
16:28 02.03.2026
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
Tramp: İran razılığa gəlmək istəyir
16:23 02.03.2026
Tramp: İran razılığa gəlmək istəyir
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
16:11 02.03.2026
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
16:04 02.03.2026
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
Unibank Şirvanda yeni filialını açıb
16:01 02.03.2026
Unibank Şirvanda yeni filialını açıb
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”
16:01 02.03.2026
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”