ATV kanalında yayımlanan "Azərbaycanın səsi" müsabiqəsinin sonuncu buraxılışında qalmaqal yaşanıb.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, proqramda münsif üzvü, əməkdar artist Elza Seyidcahanın iştirakçı Gülnar Soltanovanı sərt bir şəkildə tənqid edib.
Müğənni-bəstəkar ilk dəfə səhnəyə sadə geyimdə çıxan gənc ifaçının ünvanına ağır sözlər deyib: "Elə bil sementlə qum qarışdırıb, hasar tikmisən. Oradan çıxıb bura gəlmisən. "Marham" mahnısını Ququşun ifasında eşidirik. Biz səni burada başqa cür görmək istəyirik. Elə bil saçını yumamısan. Səhnəyə belə çıxmaq olar? Köynək, ayaqqabı, şalvar və corab... Bu nədir belə? Bu qız yaddaşımda sement qarışdıran bir xanım kimi qaldı".
Digər münsif üzvü, prodüser Asif Kərimov Elzanın tənqidlərini mənasız adlandırıb: "Belə geyinməyini mən xahiş etmişəm. İstəmişəm ki, diqqət yalnız onun oxumağında olsun! Elza xanım, mən istəyirəm ki, insanlar sizə yox, oxumağınıza fikir versinlər".