Son zamanlar qadın zorakılığı və ölümlərinin sayı artmaqdadır.
Bir neçə gün bundan əvvəl Xırdalanda keçmiş əri tərəfindən öldürülən Rəqsanə Məmmədova da həmin qurbanlardan biridir. 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanmışdı. Altı bıçaq zərbəsi vurulan qadın hadisə yerindəcə keçinmişdi.
Məlumata görə, R.Məmmədova ərindən 6 ay öncə rəsmi şəkildə boşansa da, keçmiş həyat yoldaşının təzyiqlərinə məruz qalırmış.
Təkcə bu hadisə deyil, bundan öncə də, başanmaq istəyən və ya boşanmış qadınların qətlə yetirildiyinin dəfələrlə şahidi olmuşuq.
Bəs, Azərbaycanda qadın zorakılığının artmasının əsl səbəbləri nələrdir?
Bakı sakinlərinə bu sualla müraciət etdik. Sorğumuzda iştirak edən vətəndaşların cavablarını izləyək!
Oksana Orucova
Hüseyn Həsənov