“Elə şortikli qızlar var ki, “abırlı” geyinən qadınlardan qeyrətlidir” - Şeyxin qudası

“Elə şortikli qızlar var ki, “abırlı” geyinən qadınlardan qeyrətlidir” - Şeyxin qudası
SOSİAL
15:08 21.06.2018
14197
Bakı metrosunda şortikli qıza hücum olunması son günlər müzakirə olunan əsas mövzulardan biridir. Sosial şəbəkələrdə yayılan videodan belə aydın olur ki, bir cavan oğlan üzbəüzündə oturmuş şortikli qızın geyiminə və oturuşuna irad bildirir və sərt cavab alır. Sonra söhbətə yaşlı bir qadın qarışır və münaqişə yaranır. 

Bəs görəsən bu cür məsələlərin ictimailəşməsi, ictimai maraq kəsb etməsi nədən qaynaqlanır və bunun hansı fəsadları ola bilər?

AZXEBER.COM məsələ ilə bağlı  Milli Məclisin deputatı Vahid Əhmədovu və Milli Məclisin sabiq deputatı Hacı Qalibi danışdırıb.

Portalımıza açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib ki, bu cür olayların mətbuatda tirajlanması yolverilməzdir:

"Heç şübhəsiz bu cür informasiyaların yayılması onsuz da əsəbləri gərgin vəziyyətdə olan soydaşlarımıza mənfi enerji ötürür. Nəzərə almaq lazımdır ki, kənar təsirlərə məruz qalan insanlar kifayət qədərdir və onlar bu cür hadisələrin mənfi təsirlərinə daha tez uyurlar. Biz nəinki bu cür xəbərləri yaymamalıyıq, əksinə imkan verməməliyik ki, gənc nəslin tərbiyəsinə ciddi ziyan vuracaq bu cür hallar ictimailəşsin. Bu mənada mən son günlər "şortikli qız”la bağlı xəbərlərin yayılmasını qəti şəkildə pisləyirəm”.

"Hər kəsin öz şəxsi həyatı var və heç kim buna qarışa bilməz” deyən millət vəkilinin sözlərinə görə, bu məsələdə təkcə valideynləri günahlandırmaq olmaz:

"Düzdür, valideynlər öz övladlarının, xüsusən qız övladlarının milli-mənəvi dəyərlərə bağlı olmasına çalışmalıdır, buna səy göstərməlidir. Çünki bizim öz milli mentalitetimiz var. Lakin bəzən insanlar elə vəziyyətlə üzləşirlər ki, öz övladlarına söz keçirə bilmirlər. İstənilən halda hər bir gənc həm öz valideynlərinə, həm də yaşadığı cəmiyyətin formalaşmış ənənələrinə hörmətlə yanaşmalıdır. Çox təəssüf edirəm ki, bu cür hallar baş verir”.

Milli Məclisin sabiq deputatı Hacı Qalib hesab edir ki, insana geyiminə görə qiymət vermək olmaz:

"Biz tez-tez Avropada oluruq. Orada nəinki gənc qızlar, bəzən yaşlı arvadlar da şortik geyinir. Bu o deməkdir ki, onlar pis yoldadır?! Bu qətiyyən belə deyil. Elə şortikli qızlar var ki, "abırlı” geyinən qadınlardan daha qeyrətlidir. Hər kəsin öz namusu, öz qeyrəti var. Bu cür məsələlər həssas məsələlərdir və belə məsələlərə ehtiyatla yanaşmaq lazımdır. Axı o hələ gənc qızdır və onun gələcəyi var. Sən hansı haqla onun videosunu yayır və cəmiyyət arasında biabır etməyə çalışırsan?! Mən bir ağsaqqal kimi, üzümü gənclərə tutub demək istəyirəm ki, milli mənəvi dəyərlərə bağlı olsunlar. İmkan verməsinlər ki, xırda səhvlərinə görə, onları ittiham etsinlər, özlərini və valideynlərini hədəfə gətirsinlər”.

// Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
20:12 03.07.2025
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
20:08 03.07.2025
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub