"Elə xanımlar var ki, müğənnilər onların yanında yalandır" - VİDEO

"Elə xanımlar var ki, müğənnilər onların yanında yalandır" - VİDEO
MAQAZİN
15:01 02.05.2019
5657
"Bu dəstəyi təşəkkür üçün etmədim. O şeyi yaşayan bir insan olaraq mənim ürəyim dözmədi dedim. Təşəkkürə qalanda isə əlbəttə ki, etdilər. O qızlar qanacaqlı xanımlardır. Biz belə şeylərə "stop” deməliyik”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan ARB TV-nin "Show news” verilişinə açıqlamasında deyib. İfaçı həmkarları Aysel Əlizadə və Sevda Yəhyayeva qalmaqalında onlara dəstək olmasından danışıb. 

Səidə müğənniləri gənclərə pis örnək olmaqda günahlandıranlara səslənib:

"Biz müğənni olaraq Azərbaycan milləti üçün örnək ola bilmərik. Bizə örnək anamız, atamızdır. Onlar mənim mahnımı, klipimi ya sevə, ya da sevməyə bilər. Amma mən niyə örnək oluram ki? Örnək deyiləm. Bu söhbətlərdən nə zamandır ki, yığılmışdım. İnsanlara laboratoriya siçanları kimi yanaşırlar. Niyə biz özümüz-özümüzü vuraq? O zaman bizə düşmən lazım deyil ki...

3 qızın videosu yayıldı. O xanımlar müğənni deyildi. Halbu ki, o xanımları yolda görən deyəcəkdi, ev qızlarıdır. Hər dəfə müğənniləri qınaq obyektinə çevirirlər. Amma fakt cəmiyyətdən elə xanımlar çıxdı və biz müğənnilər onların yanında yalan olduq”.
 

OXŞAR XƏBƏRLƏR