Xəstəxanada qalmaq qiyməti otel qiyməti ilə eynidir. Sözsüz ki, bunlar çox vaxt xəstənin əməliyyat xərclərini ötüb keçir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, apteklərlə bağlı məsələdə də problemlər var: "Çünki pulsuz verilən dərmanlar bəzən bir rayonda bir aptekə göndərilir. Çox vaxt insanlar saatlarla bəzən də günlərlə həmin apteklərdən ona dövlət tərəfindən ayrılan dərmanları ala bilmir. Bu da çoxlu problemlər yaradır”.