Ələkbərov Putinin təklifini qəbul etmədi - Şirkəti 30 milyard itirdi

Ələkbərov Putinin təklifini qəbul etmədi - Şirkəti 30 milyard itirdi
SOSİAL
16:51 03.11.2016
1371

 

"Lukoyl"un prezidenti Vahid Ələkbərov dövlət başçısı Putinlə "Rosneft"lə bağlı apardığı danışıqlardan sonra 30 milyard rubl itirib.

Həmin danışıqlar zamanı prezident Putinin Ələkbərovdan "Lukoyl" şirkətinin "Rosneft" səhmlərinin alınmasında iştirak etməsini təklif etdiyi bildirilir. Bununla yanaşı, iş adamı dəfələrlə bəyan edib ki, onun şirkəti "Rosneft"in özəlləşdirilməsində iştirak etməyəcək.

Qeyd edək ki, Ələkbərov 22,7 faiz payla "Lukoyl"un əsas səhmdarıdır. Şirkətin qiymətli kağızları noyabrın 2-si 3,9 faiz, növbəti gün isə Moskva birjalarında daha 1 faiz ucuzlaşıb.

 
OXŞAR XƏBƏRLƏR