Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb

Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb
SOSİAL
21:38 15.06.2024
184

İsmayıllıda qadını elektrik cərəyanı vurub.

Hadisə rayonun Talıstan kəndində baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G. Hüseynova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır./apa

OXŞAR XƏBƏRLƏR