Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?
İQTİSADİYYAT
15:01 26.03.2024
368
Cari ilin yanvar-fevral aylarında Azərbaycana 22 milyon 852 min dollar dəyərində 541 ədəd elektromobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

2023-ci ilin eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 13 milyon 532 min dollar və ya 2,5 dəfə, miqdar ifadəsi ilə 319 ədəd və ya 2,4 dəfə artıb.

Qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ərzində 9 milyon 320 min dollar dəyərində 222 ədəd elektromobil gətirilib. Bu təxminən son 2 ay ərzində hər gün ölkəyə 10 elektromobil avtomobilin idxalı deməkdir.

Bəs görəsən, bu faktor avtomobil bazarında hansı təsirlər göstərəcək?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu, ölkəmizdə elektromobillərə olan marağın artmasının göstəricisidir:
"Elektromobillərin ölkəyə idxal olunmasının sürətlənməsi, yəni bu prosesin artan tendensiya üzrə getməsi özündə bu növ avtomobillərə marağın artmasının göstəricisidir. Çünki hazırkı vəziyyətdə dövlətin özünün də yaratdığı şərait var ki, elektromobillər və ekologiyanın dostu sayılan karbon və digər qazların atmosfer çirklənmələrinə mane olacaq. Bununla bağlı dövlətin müəyyən konsepsiyası var”.

Ekspert idxal göstəricisinin gələn il daha da artacağını proqnozlaşdırır.

"Xüsusən istixana qazlarının və digər qazların ətraf mühitə ziyan vurmaması üçün müəyyən dərəcədə qarşısının alınması planlaşdırılır. Ona görə də bu növ avtonəqliyyat vasitələrinə maraq da artmaqdadır. Düşünürəm ki, gələn idxalla bağlı rəqəmlər daha da artacaq. Çünki daha qənaətli, müasir və daha az xərc tələb edən avtomobillərin ölkəyə gətirilməsi istər sahibkarlar, istərsə də vətəndaşlar üçün olduqca maraqlıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı