“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi

“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi
SİYASƏT
17:52 03.03.2022
776
"Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
 
AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, "Elektron prokurorluq” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

3. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, "Elektron prokurorluq” informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Kredit Bürosuna tövsiyə edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin 11.2-ci və 11.3-cü bəndlərində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, "Elektron prokurorluq” informasiya sisteminin "Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılsın ki, "Elektron prokurorluq” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
23:10 08.10.2026
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
Ukrayna XİN Koreya səfirinin Kiyevdən geri çağırılmasına münasibət bildirdi
22:59 08.10.2026
Ukrayna XİN Koreya səfirinin Kiyevdən geri çağırılmasına münasibət bildirdi
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
22:50 08.10.2026
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
22:43 08.10.2026
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
22:34 08.10.2026
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
22:30 08.10.2026
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
22:25 08.10.2026
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
22:19 08.10.2026
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
22:15 08.10.2026
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
22:09 08.10.2026
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
22:01 08.10.2026
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
21:56 08.10.2026
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
21:51 08.10.2026
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
21:44 08.10.2026
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
21:38 08.10.2026
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
21:33 08.10.2026
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı