Elektron siqaret ayaqlarını partlatdı - FOTOLAR + VİDEO

DÜNYA
14:10 15.10.2014
5986
48 yaşlı Devid Aspinall elektron siqaretin partlaması nəticəsində az qalmışdı ki, ayaqlarını və mənzilini itirsin. Həkimlər onun aldığı travmanı qumbara partlayışı zamanı alınan zədə ilə eyniləşdiriblər.
Britaniyanın Uiqan şəhərinin Böyük Mançester qraflığının sakini, öz sağlamlığını bərpa etmək üçün elektron siqaretə keçib, amma ölüm təhlükəsi ilə üz-üzə qalıb. Qurğunun partlaması nəticəsində Aspinall aşağı ətrafların ciddi xəsarət alıb.
«Mən onu (elektron siqareti) əlimdə tutmuşdum. Birdən o, qıpqırmızı közərdi və əlimi yandırdı», deyə britaniyalı xatırlayır. – Mən qorxdum, onu yerə atdım və bu zaman o, partladı. Mənim ayaqlarım həmin an parçalandı: birində iri dəlik, digərində isə yara açıldı. Hər iki ayağım qana bələnmişdi. Siqaret mənim başımı partlada bilərdi…»
Alınan yarayan və qanaxmaya baxmayaraq, Devid qonşunu köməyə çağıra bilib. O, yaralıya ilkin tibbi yardımı göstərib və təcili yardım çağırıb. Qonşuluqda yaşayan kişi, gördüyü səhnəni dəhşət filmlərindəki epizodlarla eyniləşdirib.
Britaniyalı artıq düzəlməyə doğru gedir. Laki niş bununla bitsir, bundan sonra onu dərinin köçürülməsi gözləyir. Hazırda səhhəti ilə əlaqədar siqaretdən imtina etmiş britaniyalı, yenidən ənənəvi məşğuliyyətinə qayıdıb.
OXŞAR XƏBƏRLƏR