Elektron siqaret və qəlyan infarkta səbəb olur - Kardioloqdan açıqlama

Elektron siqaret və qəlyan infarkta səbəb olur - Kardioloqdan açıqlama
SAĞLAMLIQ
15:53 02.12.2025
1339
Son dövrlər infarkt hallarının həm ölkədə, həm də dünyada nəzərəçarpacaq dərəcədə artması və daha gənc yaşlarda qeydə alınması həkimlərin ciddi narahatlığına səbəb olub. Əvvəllər əsasən orta və yaşlı nəsildə müşahidə olunan ürək-damar problemləri artıq 20–30 yaş qrupunda da tez-tez rast gəlinir. 

Kardioloq Arzuman Talıbov AZXEBER.COM-a açıqlamasında deyib ki, son zamanlar gənclərdə və orta yaşlı insanlarda ürək-damar xəstəlikləri və o cümlədən qəfləti ürək ölümü artıb:

"Ürək-damar xəstlikləri içərisində qəfləti ölümə ən çox ürəyin işemik xəstəliyi (ÜİX) xüsusən onun kəskin təzahürü olan miokard infarktı səbəb olur. Miokard infarktartmasına oturaq həyat tərzi, qeyri-sağlam qidalanma (xüsusən sadə karbohidradlar, fast food qidalara üstünlük vermək), az yuxu, hipertoniya, siqaret, diabet, piylənmə, xüsusən qarın tipli piylənmə, stress kimi risk faktorlar səbəb olur. Xüsusən də son zamanlar insulinə rezistentlik, metobalik sindrom, piylənmə, diabet, az yuxu, siqaret, elektron siqaret, qəlyan istifadəsi kimi risk faktorlarının gənclər arasında artması ürək xəstəliklərinin yaşını aşağı salır”.
 


Həkim qeyd edib ki, cəmiyyətdə elektron siqaret və qəlyanın daha zərərsiz olduğu kimi yanlış fikirlər var:

"Cəmiyyətdə elektron siqaret və qəlyanın daha zərərsiz olduğu kimi yanlış fikirlər var. Amma tibbi fakt budur ki, həm elektron siqaret, həm də qəlyan ənənəvi siqaret qədər ürək-damar sistemi üçün zərərlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR