Elektron siqaret xəbərdarlığı - Ölkələr təcili tədbir görməyə çağırıldı

Elektron siqaret xəbərdarlığı - Ölkələr təcili tədbir görməyə çağırıldı
DÜNYA
12:15 15.12.2023
221
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhalinin sağlamlığına zərəri minimuma endirmək üçün elektron siqaretlərin istifadəsinə nəzarət üçün təcili tədbirlər görməyə çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ÜST elektron siqaretdən istifadə ilə bağlı yeni hesabat dərc edib. 

Hesabatda elektron siqaretlərdən istifadənin tütündən istifadənin azaldılmasında təsirli olmadığı bildirilib.

Hesabatda elektron siqaretlərin xalq sağlamlığına təsirləri ilə bağlı həyəcan verici dəlillərin ortaya çıxdığına diqqət çəkilərək, elektron siqaretlərin bazarda mövcud olmasına və gənclərə satılmasına israrla icazə verildiyi ifadə edilib.

Hesabatda 34 ölkədə elektron siqaretin satışını qadağan etdiyinə diqqət çəkilərək, 88 ölkədə bu məhsulun satışı üçün minimum yaş həddi olmadığı, 74 ölkədə bu məhsullarla bağlı heç bir tənzimləmə olmadığı vurğulanıb.

Nikotinli elektron siqaretlərin yüksək dərəcədə asılılıq yaradan xüsusiyyətlərə malik olduğu xatırladan hesabatda bu məhsulların bəzilərinin xərçəngə səbəb olduğu, bəzilərinin isə ürək və ağciyər xəstəlikləri riskini artırdığı qeyd edilib.

Hesabatda elektron siqaretlərin satışını qadağan edən ölkələrə bu qadağanın həyata keçirilməsini gücləndirmək üçün effektiv nəzarət mexanizmi yaratmağı tövsiyə edilib və onların satışına icazə verən ölkələri bu məhsulların əhaliyə vurduğu zərəri azaltmaq üçün sərt qaydalar təqdim etməyə və onları vergiyə cəlb etməyə çağırıb. 

Ayşən
OXŞAR XƏBƏRLƏR