Araşdırmalara görə, elektron siqaretlə siqareti tərgizmək istəyənlərin 80 faizi bir ildən sonra da elektron siqaret istifadə edir, onların yarısı isə həm elektron, həm də adi siqaret çəkir.
AZXEBER.COM türk mətbuatına istinadən xəbər verir ki, tütün şirkətləri bu məhsulları "daha az zərərli” kimi təqdim etsə də, əslində gəncləri hədəf alaraq nikotin asılılığı yaradır. Araşdırmalar göstərir ki, elektron siqaret istifadə edən gənclərin siqaretə başlama riski 4-6 dəfə daha yüksəkdir.
Elektron siqaretlərin tərkibindəki maddələr nəfəs yollarına, ürəyə, qaraciyərə və böyrəklərə zərər verir, uzunmüddətli istifadəsi isə xərçəng riskini artırır. Araşdırmalara əsasən, elektron siqaret istifadə edənlərdə ağciyər xərçəngi riski 270 faiz çoxdur.
Şahanə Ziyad