Ələt-Astara magistralında AĞIR QƏZA: "KamAZ"la minik avtomobili toqquşdu

Ələt-Astara magistralında AĞIR QƏZA: "KamAZ"la minik avtomobili toqquşdu
HADİSƏ
22:34 04.01.2026
219
Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, əks istiqamətdə hərəkət edən "KamAZ" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına düşüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR