Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var

Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var
SOSİAL
12:24 07.10.2023
193

Ələt-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Muğan bürosunun məlumatına görə, hadisə zamanı minik avtomobili maneəyə çırpılıb.

Qəza nəticəsində Vasif Mirzəyev və Nəcmin Mirzəzadə xəsarət alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR