Ələtdə bədbəxt hadisə - Ölən var

Ələtdə bədbəxt hadisə - Ölən var
HADİSƏ
09:57 27.02.2026
260
Bakıda bədbəxt hadisə ölümlə nəticələnib.

AZXEBER.COM xəbər verir ki, hadisə fevralın 26-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verib.

Belə ki, Səfərov Valid Şəmsəddin oğlu elektrik dayağına naqil quraşdıran zaman təxminən 15 metr hündürlükdən yıxılıb. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR