Ələtdə qəza - Qadın öldü

Ələtdə qəza - Qadın öldü
HADİSƏ
17:27 31.05.2025
1009
Mayın 31-i saat 09:15 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 64-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd olunub ki, 90-SO-616 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun sol hissəsindəki dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində sərnişin, 1992-ci il Sənəm Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Südabə Əmirullayeva isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR