Elgiz Elzanı tənqid etdi: "Yasın yas geyimi olar"

Elgiz Elzanı tənqid etdi: "Yasın yas geyimi olar"
MAQAZİN
13:24 09.01.2024
224

Elgiz Əkbər Aygün Bəylərlə vida mərasimə qeyri adi papaqla gələn Əməkdar artist Elza Seyidcahanı tənqid edib.

AZXEBER.COM xəbər verir ki, "gündəmə gəlmək istəmirsənsə, başına belə papaq qoyub yasa getmə” deyən aparıcıya əməkdar artistdən cavab gecikməyib.

ARB-də "Elgizlə izlə” verilişinə qonaq olan Seyidcahan "Mənim başımda həmişə papaq olacaq. Çünki mənim qiryətim, namusum, sənətim elə papaqdır. Başıma papaq qoymasam da, məni papaqlı görəcəksən. Çünki mən elə başı papaqlılardanam” deyə bildirib.

Elgiz Əkbər isə "Yasın yas geyimi olar” deyərək əməkdar artistlə razılaşmayıb.

Aysel

OXŞAR XƏBƏRLƏR