Əli Abbasov korrupsiyaya qarşı mübarizədən danışdı

Əli Abbasov korrupsiyaya qarşı mübarizədən danışdı
Siyasət
12:05 27.05.2014
1603

““Elektron hökumət” və elektron xidmətlər yalnız dövlətlə vətəndaş, eyni zamanda, kiçik və orta həcmli müəssisələr arasında rabitə vasitələri deyil, həm də yoxsulluğun və işsizliyin azaldılması üçün real platformalardır. Biz elə etməliyik ki, “Elektron hökumət” xidmətləri xalqın əsasən aztəminatlı təbəqəsinin, azgəlirli insanların evinə gedib çata bilsin”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərtac-a açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.  Nazir bildirib ki, bu kateqoriyadan olan insanların “Elektron hökumət”ə imkanlı təbəqədən daha çox ehtiyacı vardır: “Ölkəmizdə “Elektron hökumət”in hədəflərindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, korrupsiya ilə mübarizə aparmaq, bürokratik əngəllərdən qurtulmaq, bütün insanların bu xidmətlərdən yararlanmasını təmin etməkdir. Bir daha qeyd edim ki, bunun üçün ilk növbədə bütün vətəndaşların, əsasən də aztəminatlı insanların bu xidmətlərdən yararlanmasını təmin etməklə gözlənilən nəticələrə nail olmaq mümkündür. Məlum olduğu kimi, informasiya cəmiyyətinin quruculuğu üzrə ikinci strategiya qəbul edilib. Ölkədə 2020-ci ilədək bütün bu xidmətlərin internet vasitəsilə hamı üçün əlçatan olması hədəflənir. Azərbaycanda “Elektron hökumət” proqramı iki istiqamətdə həyata keçirilir. Birincisi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının öz saytlarında yaratdıqları elektron xidmətlərin vahid pəncərə üsulu ilə təqdim olunmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir və qalan xidmətlərin də tam təqdim olunması əsas məqsədlərimizdəndir.

İkinci məsələ bu xidmətlərin vətəndaş və iş adamlarına, o cümlədən ucqar kənd yerlərində əlçatan olmasını təmin etməkdir. Bu da infrastruktur məsələsidir. İndi ölkəmizdə fiber-optik şəbəkənin qurulması üzrə “Genişzolaqlı İnternetin İnkişafı” layihəsi əsasında işlər davam etdirilir və layihə 2017-ci ildə başa çatacaq. 2017-ci ilin sonunadək Azərbaycan əhalisinin 85 faizi, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq. Kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə 100 meqabit/saniyəyə çatdırılacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə
15:08 25.08.2025
Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi