Əli Abbasov Siyəzəndə vətəndaşlar ilə görüşəcək

SİYASƏT
14:05 22.05.2014
1062

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mayın 24-də Siyəzən rayonunda Siyəzən, Şabran və Xızı rayonlarından olan vətəndaşlar ilə görüşəcək.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaşlardan "[email protected]/* */" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

OXŞAR XƏBƏRLƏR