Azərbaycan ərazi bütövlüyünün bərpası ilə hərbi qüdrətini bütün dünyaya nümayiş etdirib.
AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib.
Onun sözlərinə görə, Vaşinqton görüşü və əldə olunan nailiyyətlər Azərbaycan diplomatiyasının ən parlaq zirvələrindən biridir: "Bu diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir. Bu, cənab Prezidentin həm beynəlxalq arenadakı nüfuzunun, həm də diplomatik-siyasi düşüncəsinin göstəricisidir".
Ə.Əhmədov ABŞ-Azərbaycan əlaqələrinin bundan sonrakı inkişafı məsələsinə də toxunub.
O bildirib ki, Vaşinqtonda, həmçinin Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə olunub.
"Hesab edirəm ki, Zəngəzur dəhlizi yeni tarixin çox vacib layihəsi olacaq. Bakı-Tbilisi-Ceyhan kəməri Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı kimi, Zəngəzur dəhlizi də İlham Əliyevin adını daşıyacaq", - Ə.Əhmədov vurğulayıb.
///"Report"