Əli Əhmədov: “Azərbaycanda islahatların yeni mərhələsi başlayır”

Əli Əhmədov: “Azərbaycanda islahatların yeni mərhələsi başlayır”
SİYASƏT
14:05 28.01.2017
1038
"Hər il ölkəmizdə əhali orta hesabla 1,3% artır. 25-30 il əvvəl Azərbaycanda 7 milyon əhalisi var idisə, bu gün əhalinin sayı 10 milyona yaxınlaşıb”
 
Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov YAP Gənclər Şurasının ötən ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib. Ə.Əhmədov bildirib ki, Azərbaycan əhali arasında gənclərin çəkisi yüksək olan ölkələrdən biridir: "Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar insanların mənzil tələbatının ödənilməsi üçün çox ciddi layihələr həyata keçirilir. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mühüm işlər görülüb. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çox cəsarətli layihə həyata keçirilir. Güman edirəm ki, bu layihələrin həyata keçirilməsi öz müsbət nəticələrini göstərəcək.
 
Gənclərimizin mənzillə təmin edilməsi sahəsində bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq, əhali üçün etibarlı səhiyyə sistemi təmin ediləcək”. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda islahatların yeni mərhələsi başlayır: "Biz əvvəl müəyyən olunmuş hədəflərə çatmışıq, artıq islahatlar yeni mərhələyə qədəm qoyur. Azərbaycan dəyişikliklər dövrünü yaşayır. Müstəqil Azərbaycanın əldə etdiyi ən ümdə nailiyyətlərdən biri gənc nəslin yetişməsidir. Biz yeni dəyişikliklər mərhələsinə çatmışıq. Cəmiyyət ciddi islahatlar mərhələsindədir”. (apa)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO