Əli Əhmədov: ‘Cənab prezident daim xalqın arasında, xalqla bir yerdə olub’

Əli Əhmədov: ‘Cənab prezident daim xalqın arasında, xalqla bir yerdə olub’
SİYASƏT
15:58 06.09.2013
1500

“Prezident İlham Əliyev o dövlət başçılarındandır ki, xalqa təmas onun fəaliyyətinin əsas qayəsini təşkil edir. Vətəndaşlarla sıx ünsiyyət İlham Əliyev üçün seçki elementi deyil, idarəçilik üslubudur”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov İlham Əliyevin təbliğat kampaniyasının necə qurulacağı və prezidentin kampaniya çərçivəsində görüşlərinin nəzərdə tutulub-tutulmaması məsələsinə aydınlıq gətirərkən deyib.

YAP sədrinin müavini qeyd edib ki, İ. Əliyev ötən prezident seçkilərindən sonra, andiçmə günündən bu günədək mütəmadi olaraq və yüksək intensivlik şəraitində Azərbaycanın bütün regionlarını gəzib, insanlarla görüşlər keçirib, onları dinləyib. Həmin görüşlərin və söhbətlərin nəticələri bir qayda olaraq regionun inkişafına dair yeni proqramın qəbul olunması formasında özünü göstərib.

“Təkcə belə bir faktı deyə bilərəm ki, 10 il ərzində İlham Əliyev 300 dəfədən çox Azərbaycanın bölgələrinə səfər edib. Bu isə orta hesabla hər ildə 30-dan çox səfər deməkdir. Bakıda keçirilən çoxsaylı görüşləri də əlavə etsək, daha böyük rəqəm alınır. Deməli, cənab prezident daim xalqın arasında, xalqla bir yerdə olub. Həm onların həyatı ilə maraqlanıb, həm də özünün ölkəmizin gələcəyi ilə bağlı planlarını, başqa sözlə ifadə etsək, seçki proqramını xalqa çatdırıb. Xalqla daim və yaxın ünsiyyət İlham Əliyevin iş prinsipidir. Son 5 il ərzində bu ünsiyyət heç zaman fasilə verməyib. İndi, seçki kampaniyası dövründə onun özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur. Prezident seçkiləri kampaniyasında iştirak edən digər namizədlərin özünü xalqa tanıtmağa ehtiyacı var. Qoy onlar şəxsən təbliğatları ilə məşğul olsunlar”, - deyə, Ə. Əhmədov qeyd edib.

Ə. Əhmədov bildirib ki, İ. Əliyevin seçki təbliğatı kampaniyası onun gördüyü və hamıya yaxşı bəlli olan işləri, yeniləşən, gözəlləşən Azərbaycandır: “Bu səbəbdən də cənab prezidentin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə əslində ehtiyac qalmır və prezidentin iş qrafikində seçki ilə əlaqədar dəyişikliklər edilməsi nəzərdə tutulmur. Seçki kampaniyasına gəldikdə, bu işi böyük həvəslə Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri və prezidentin çoxsaylı tərəfdaşları yerinə yetirəcək. Mən sizi əmin edirəm ki, həmişə olduğu kimi, Prezident İlham Əliyevin seçki kampaniyası yüksək fəallıq şəraitində keçəcək. Xalqın böyük əksəriyyətinin dəstəyi və cənab İlham Əliyevə olan dərin inamı seçki kampaniyasının ən mühüm üstünlüyü kimi yadda qalacaq”.

İ. Əliyevin vəkillərlə təmin edilib-edilməyəcəyi məsələsini şərh edən Əli Əhmədovun sözlərinə görə, ötən prezident seçkilərinin təcrübəsi göstərir ki, minlərlə, on minlərlə vətəndaş böyük məmnuniyyət, həvəs və fədakarlıqla İ. Əliyevin vəkili kimi fəaliyyət göstərib: “2013-cü ilin seçki kampaniyasında da eyni mənzərə müşahidə olunmaqdadır. Mən bunu tamamilə təbii sayıram. Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var və onların hər biri əslində özünü İlham Əliyevin vəkili kimi dərk edir, bütün səy və bacarığı ilə seçki kampaniyasında iştirak edir. Yeni Azərbaycan Partiyasının üzvlərindən ötrü bu, əslində dərk edilmiş mənəvi tələbatdır”.

Ə. Əhmədovun sözlərinə görə, İ. Əliyevin prezidentliyi dövründə ölkənin sürətli inkişafı on minlərlə ailənin, milyonlarla insanın həyatında müsbət dəyişikliklər yaradıb: “10 il ərzində 1,2 milyon iş yeri açılıb və vaxtilə işləməyən vətəndaşlar işlə təmin olunub. Onlar və həyatında müsbət dəyişikliklər baş verən minlərlə digər vətəndaşlar böyük həvəslə İlham Əliyevin vəkili missiyasını şərəflə yerinə yetirirlər. Əslində, bu, bir növ ümumxalq hərəkatını xatırladır. Belə olan halda cənab İlham Əliyevin vəkillərinin sayını qanunvericilikdə nəzərdə tutulmuş 50 nəfərlə məhdudlaşdırmaq ədalətsizlik olardı. İstəyirik ki, özünü cənab İlham Əliyevin vəkili kimi dərk edən hər kəs bu missiyanı rəsmilik çərçivəsinə salınmadan yerinə yetirə bilsin”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq