Əli Əhmədov gənclərlə bağlı gözləntilərini açıqladı

SİYASƏT
16:53 16.05.2015
1620

“Bu gün gənclərin Yeni Azərbaycan Partiyasında əldə etdikləri təcrübə gələcək fəaliyyətlərində mühüm rol oynayacaq”.

AZXEBER.COM-un xəbərinə görə, bunuYeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müaviniƏli ƏhmədovYeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransında çıxışı zamanı deyib.

Ə. Əhmədov gənclərlə bağlı gözləntilərini də açıqlayıb: “Gənclik dövründə formalaşan xarakter bütövlükdə gəncin taleyini müəyyənləşdirir. Mən gənclərin çox oxumasını, müasir dünya görüşünə malik olmasını istəyirəm. Yeni Azərbaycan Partiyasının gəncləri dərin biliklərə malik olmalı, Azərbaycanın taleyini müəyyən edəcək insanlar kimi fəaliyyət göstərə bilməlidirlər”.

Baş nazirin müavini bildirib ki, gənclər xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edirlər: “Gənclər dünyada Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırmaq imkanına malikdirlər və onlar bu istiqamətdə çalışmalıdırlar. Gənclərimiz vətənpərvər olmalı, Vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmağı bacarmalıdırlar. Gənclər Azərbaycanın imicinin dünyada yaxşı formada təqdim olunmasına kömək etməlidirlər. Həqiqi vətənpərvər gənc odur ki, qürur mənbəyi milləti, xalqı, dövləti, ölkəsi olsun. Belə olan halda hər bir gənc əsl vətənpərvər olacaq və belə vətənpərvərlərin yaşadığı ölkəyə kimsə təcavüz, təzyiq edə bilməz”.

Bu gün YAP sıralarında 650 mindən çox insanın cəmləşdiyini deyən Ə. Əhmədov qeyd edib ki, bu, təkcə statistika deyil, bu insanların Heydər Əliyev ideyalarına dərin məhəbbət və sədaqətin, dövlətçiliyimizə sədaqətin ifadəsidir: "Yeni Azərbaycan Partiyasının üzvü olmaq sədaqətli vətəndaş olmaq deməkdir. Gələcəkdə ölkəmizi idarə edənlər bu gənclərin içərisindən seçiləcək. Siz üzərinizə düşən vəzifəni nə qədər məsuliyyətlə yerinə yetirsəniz, Azərbaycanın firavanlığı bir qədər də artacaq”.

Ə. Əhmədov YAP Gənclər Birliyinin bu konfransda seçilən yeni rəhbərliyinin başçılığı altında Gənclər Birliyinin daha böyük uğurlar qazanacağına inandığını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR