Əli Əhmədov: Korrupsiyaya görə utanmalı olan şəxs elə Cəmil Həsənlinin özüdür

SİYASƏT
22:26 19.09.2013
1623
Prezidentiyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Milli Şuranın namizədi Cəmil Həsənlinin bəzi məsələlərə aydınlıq gətirməsini istəyib.Gün.Az xəbər verir ki, prezidentliyə namizədlərin ikinci teledebatında iştirak edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi və İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov diqqəti C.Həsənlini vaxtından əvvəl təqaüdə çıxmasının nə dərəcədə qanuni olub-olmamasına yönəldib:“Cəmil Həsənli, siz doğrudan da əlilsinizmi? Bu məsələyə aydınlıq gətirin: siz həqiqətən əlilsiniz, yoxsa saxtakarlıq etmisiniz?”YAP rəsmisi hakim partiyanın və fəaliyyətdə olan prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkədə bütün sahələr üzrə sürətli inkişaf getdiyini, vətəndaşların bu səyləri yüksək qiymətləndirərək, dövlət başçısını tam dəstəklədiklərini bildirib.Ə.Əhmədov əlavə edib ki, bu ikişafı görməyənlər oola bilsin, linza taxıb və görmələrində problem var.O, çıxışının davamında əlavə edib ki, burada korrupsiyaya görə utanmalı olan şəxs məhz C.Həsənlidir, ona görə ki, əvvəlki hakimiyyətdə təmsil olunaraq, ölkənin dağıdılmasında rolu olub.YAP rəsmisi yalnız mərhum Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin fəlakətdən xilas olduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR