Əli Əhmədov: "Maaş və pensiya artımın bazara təsirini qəbul etmək lazımdır"

SİYASƏT
14:15 07.09.2019
8641
"Bəzi hallarda süni şəkildə kimlərinsə müxtəlif yollardan və vasitələrdən istifadə edərək kənd təsərrüfatı məhsullarının qiymətini artırmaq səyləri var".

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, müəyyən halda bunlar qiymətlərin artmasına təsir göstərir: "Dövlət tərəfindən minimum əməkhaqqının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır. Bunsuz mümkün deyil. Digər tərəfdən isə dövlət sektorunda işləyən insanların maaşları artırsa, onda bazarda çalışan insanlar xidmətlər göstərməklə öz həyatlarını təmin edirlər. Onların həyatında da artım hiss olunsun deyə təbii olaraq xidmətlərin qiymətlərində müəyyən bir yüksəlmə hiss olunacaq".

Ə.Əhmədov bildirib ki, bunlar da ədalət prinsipi əsasında həyata keçirilməlidir: "Hökumətin bütün həyata keçirmək istədiyi səylər bu prinsiplər əsasındadır. Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsinə töhfəsini verir. Yəni qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir. Digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır. Bunun üzərində düşünülür. Eyni zamanda əhalinin müxtəlif kateqoriyalarının imkanlarına uyğun şəkildə xidmətlər göstərilməsi bütövlükdə müasir bazar iqtisadiyyatının ən vacib istiqamətlərindən biridir. Bunsuz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil”.

Baş nazirin müavini vurğulayıb ki, bu gün Azərbaycanda göstərilən xidmətlərin səviyyəsinə uyğun şəkildə yüksək qiymətə satılan kənd təsərrüfatı məhsulları da var: "Orta səviyyədə qiymətlərin də olduğu müşahidə olunur. Eyni zamanda daha ucuz qiymətə kənd təsərrüfatı məhsullarının satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə də hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsi üçün imkanların rəngarəngliyi təmin edilib”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:08 25.05.2020

Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür

14:48 25.05.2020

İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

14:43 25.05.2020

Aybəniz İsmayılova: “Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz”

14:22 25.05.2020

"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" - VİDEO

13:58 25.05.2020

Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı

13:43 25.05.2020

Sabah Azərbaycanda hərarət 31 dərəcəyə yüksələcək

13:34 25.05.2020

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

12:57 25.05.2020

Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

12:44 25.05.2020

Bakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldı

12:28 25.05.2020

Ermənistanda bir gündə COVID-19-a 452 nəfər yoluxub, 6 nəfər ölüb

12:26 25.05.2020

Dövlət vətəndaş həmrəyliyinə töhfə: kölgədən işiğa doğru

12:14 25.05.2020

Naqif Həmzəyev fiziki imkanları məhdud seçicilərinə əlil arabası hədiyyə edib - FOTO

11:54 25.05.2020

Əbülfəs Qarayevdən sonra səlahiyyət kimdədir? - Nazirlik açıqlama yaydı

11:33 25.05.2020

Azərbaycanda 19 yaşlı oğlan özünü asdı

11:28 25.05.2020

Abşeronda kişini öz iti dişlədi - 53 yaşında quduzluqdan öldü

10:56 25.05.2020

Mingəçevirdəki qəzada yaralanan azyaşlı təcili Bakıya gətirildi