Əli Əhmədovun deputat mandatını ləğv edildi

SİYASƏT
17:10 12.11.2013
1403
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

İclasın gündəliyinəMSK-nın 16 oktyabr və 17 oktyabr tarixli iclas protokollarının təsdiq edilməsi, IV çağırış Milli Məclisin deputatı Əli Əhmədovun səlahiyyətlərinə xitam verilməsi, 14 saylı Xəzər Seçki Dairə Komissiyasının tərkibində dəyişiklik edilməsi,MSK-ya daxil olmuş müraciətə baxılması məsələləri daxil edilib.

İclası açanMSKsədri Məzahir Pənahov 12 noyabr Konstitusiya Günü barədə danışıb, təbrikini çatdırıb. Birinci məsələ barədə qərar qəbul edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb.

MSKkatibi Arifə Muxtarova deyib ki, Əli Əhmədov Azərbaycan Respublikasının prezidenti tərəfindən baş nazirin müavini təyin edilib. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.

Onun sözlərinə görə, Ə, Əhmədov oktyabrın 28-dəMSK-ya müraciət edərək, deputat mandatının ləğv olunmasını xahiş edib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edib. Ə. Əhmədovun deputat mandatı ləğv olunub.(APA)

OXŞAR XƏBƏRLƏR