SİA-nın məlumatına görə, Əli Cavad oğlu Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub. 1975-ci ildə Moskva Tarix İnstitutunu bitirib. Fəlsəfə doktoru, professordur. Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışıb.
1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, 1999-2000-ci illərdə Xətai rayonunun İcra Hakimiyyətinin başçısı olub. 2000-ci, 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib.
2013-cü ildə Baş nazirin müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Şöhrət ordeni və Polşa Respublikasının “Xidmətlərə görə” Legioner ordeni ilə təltif olunub.
Yeni Azərbaycan Partiyasının 1999-cu ildə I qurultayında İcra katibi, 2005-ci ildə III qurultayında və 2013-cü ildə V qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilib.
Ailəlidir, iki övladı var.