Əli Əliyevə növbəti dəfə cinayət işi açıldı

Əli Əliyevə növbəti dəfə cinayət işi açıldı
SİYASƏT
18:07 19.09.2022
450
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yeni cinayət işi başlanıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, partiya sədri Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə təqsirləndirilir.

İttihama görə, Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyüb, ona xəsarət yetirib.

Sözügedən cinayət işi üzrə istintaq Sabunçu rayon Polis İdarəsində aparılır.

Xatırladaq ki, 2022-ci ilin yanvarından iyun ayına qədər Əli Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal rayon Məhkəməsinin hökmü ilə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib. Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

Bu il iyunun 23-də isə cəzası daha 6 ay uzadılıb. Bu dəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Amerika Çinlə barışmaq istəyir
23:52 10.04.2025
Amerika Çinlə barışmaq istəyir
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
23:41 10.04.2025
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
KİV: Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
23:26 10.04.2025
KİV: Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
23:11 10.04.2025
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
Meyxanaçı Balaəli qəza törətdi
23:06 10.04.2025
Meyxanaçı Balaəli qəza törətdi
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
22:52 10.04.2025
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
22:41 10.04.2025
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
22:32 10.04.2025
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
22:27 10.04.2025
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
22:11 10.04.2025
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
22:03 10.04.2025
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
21:57 10.04.2025
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
21:45 10.04.2025
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
21:35 10.04.2025
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
21:27 10.04.2025
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
21:12 10.04.2025
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?