Bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri, prezidentliyə namizəd Əli Əliyevin namizədliyinin müdafiəsi üçün toplanmış imzalar və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.VİP sədrinin seçki qərargahından AZXEBER.COM-a verilən məlumata görə, ölkənin 125 seçki dairəsinin 118-nin ərazisindən toplanmış 45 000 imza 3 gün müddətində namizədin Seçki Qərargahının işçi qrupu tərəfindən yoxlanılıb.Nəticədə işçi qrup 88 dairəni əhatə etməklə 42 634 imzanı etibarlı sayaraq MSK-a təqdim edib.