Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verdi

SİYASƏT
18:11 02.01.2025
287
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Respublikasının Nazirlər Kabinetindən bildirilib.

Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

OXŞAR XƏBƏRLƏR