Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü
SİYASƏT
20:49 02.06.2025
774
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

Nazirlər Kabinetindən AZXEBER.COM-a bildiriblər ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

"Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.
OXŞAR XƏBƏRLƏR