Əli Əsədov Türkmənistana getdi

Əli Əsədov Türkmənistana getdi
SİYASƏT
20:59 21.05.2026
349
Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.

AZXEBER.COM xəbər verir ki, Baş nazir Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, eləcə də Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Məmmədqulu Astanaqulov qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR