Ermənistanda hərbçinin meyiti güllə yarası ilə aşkarlanıb

Ermənistanda hərbçinin meyiti güllə yarası ilə aşkarlanıb
DÜNYA
00:09 01.11.2026
155
Ermənistanda hərbi hissələrdən birində hərbçinin meyiti aşkar edilib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu gün T.S. adlı hərbi qulluqçunun meyiti güllə yarası ilə tapılıb.

Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR