Fransada etiraz aksiyası qarşıdurmaya çevrildi: Polis müdaxilə etdi

Fransada etiraz aksiyası qarşıdurmaya çevrildi: Polis müdaxilə etdi
DÜNYA
23:30 31.10.2026
131
Fransada kütləvi etirazlar zamanı 422 nəfər saxlanılıb.

AZXEBER.COM Fransa mediasına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Razılaşdırılmış etiraz aksiyaları çərçivəsində nümayişlər insidentsiz ötüşüb. Lakin Bordo, Tuluza, Ren, Lil, Nant, Marsel və Lion da daxil olmaqla, bir sıra şəhərlərdə radikal əhval-ruhiyyəli şəxslər yürüşlər başa çatdıqdan sonra vandalizm və talançılıq aktları törətmək məqsədilə mərkəzi məhəllələrə daxil olmağa cəhd ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar atmağa başlayan aqressiv etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edilib.

Qurumun məlumatına görə, şənbə günü axşama qədər əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz əlaməti olaraq ümumilikdə 320 minə yaxın insan aksiyaya qatılıb. Həmkarlar ittifaqları isə sözügedən rəqəmin 500 min olduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR