Əli Həsənov ermənilərə xəbərdarlıq elədi

SİYASƏT
12:40 29.10.2013
1276

Zəngilana ermənilərin köçürülməsi prosesi davam edir.

AZXEBER.COM- un məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Zəngilan rayonunun işğalının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib: “Biz buna çox təəssüf edirik. ATƏT və digər beynəlxalq qurumlar bunu görür, ancaq sadəcə, kənardan müşahidə etməklə kifayətlənirlər. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların da heç bir icra olunmur”. Ə.Həsənov Minsk qrupunun həmsədrləri olan ölkələrdə Zəngilan rayonunun işğalı ilə bağlı tədbirlərin keçirildiyini də diqqətə çatdırıb: “Mən bununla bağlı xarici işlər naziri Elmar Məmmədyarova müraciət etmişəm. Səfirliklərimiz dünən Minsk qrupu ölkələrinin xarici işlər nazirliklərinə nota təqdim ediblər. Bu notalarda torpaqlarımızın işğalı ilə bağlı geniş məlumatlar, faktlar əksini tapıb. Artıq ağlamağı dayandırmalı və torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq” - deyə, Ə.Həsənov qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR