ANA SƏHİFƏ
SOSİAL:
  • REKLAM
  • BİZİMLƏ ƏLAQƏ
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Maqazin
  • İdman
  • Dünya
  • Kriminal
  • Sağlamliq
  • Mədəniyyət
  • Gənclik
  • Müsahibə
  • Hadisə
  • Maraqli
  • Özəl
  • Fotosessiya

Əli Həsənov göstəriş verdi - Sayğacların quraşdırılması ilə bağlı

Əli Həsənov göstəriş verdi - Sayğacların quraşdırılması ilə bağlı
SOSİAL
10:27 09.02.2017
10953

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə "Dövlətqaçqınkom”un əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.

Komitədən AZXEBER.COM-a verilən məlumata görə, müşavirədə Prezidentin 2017-ci il 23 yanvar tarixli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanından və "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin hazırda icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini bildirib ki, Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir.

Eyni zamanda, diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.

Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir. "Mən və müavinlərim də həmin ərazilərdə olacağıq”, - deyə, Ə.Həsənov bildirib.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki "Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıb.

Sonda Baş nazirin müavini Əli Həsənov bu fərman və sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.

 

  • PAYLAŞ
OXŞAR XƏBƏRLƏR
Qətlə yetirilən əsgər yanvarda tərxis olunacaqmış - Foto
SOSİAL
11:20
Qətlə yetirilən əsgər yanvarda tərxis olunacaqmış - Foto
Azərbaycan Ordusunun əsgəri özünə qəsd etdi - RƏSMİ
SOSİAL
16:13
Azərbaycan Ordusunun əsgəri özünə qəsd etdi - RƏSMİ
Əhalinin nəzərinə! - Azərbaycanda bu cərimələr ləğv edilə bilər
SOSİAL
12:17
Əhalinin nəzərinə! - Azərbaycanda bu cərimələr ləğv edilə bilər
Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb - RƏSMİ
SOSİAL
12:15
Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb - RƏSMİ
Bakıda sevgilisini və iki polisi bıçaqlayan şəxs zərərsizləşdirildi
SOSİAL
13:41
Bakıda sevgilisini və iki polisi bıçaqlayan şəxs zərərsizləşdirildi
Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - Video
SOSİAL
22:50
Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - Video
Azərbaycanda 17 yaşlı oğlan evində ölü tapıldı
SOSİAL
13:37
Azərbaycanda 17 yaşlı oğlan evində ölü tapıldı
"Öyrədirdilər ki, sən onun üçün uşağa baxansan?" - Arvadını öldürən ər
SOSİAL
21:16
"Öyrədirdilər ki, sən onun üçün uşağa baxansan?" - Arvadını öldürən ər
Azərbaycanda polis idarədə bıçaqlandı
SOSİAL
11:07
Azərbaycanda polis idarədə bıçaqlandı
Bakıda polis işlədiyi idarədən silahı niyə oğrulayıb?- TƏFƏRRÜAT
SOSİAL
15:14
Bakıda polis işlədiyi idarədən silahı niyə oğrulayıb?- TƏFƏRRÜAT
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Ərdoğana zəng etdi
16:56 26.02.2026
İlham Əliyev Ərdoğana zəng etdi
Bu ölkədə məktəblərdə "Qurani - Kərim" dərsləri keçiriləcək
16:56 26.02.2026
Bu ölkədə məktəblərdə "Qurani - Kərim" dərsləri keçiriləcək
Virtual oyunlar real təhlükə mənbəyidir - Təhlükəli oyunlara qarşı ciddi addımlar atılmalıdır
16:55 26.02.2026
Virtual oyunlar real təhlükə mənbəyidir - Təhlükəli oyunlara qarşı ciddi addımlar atılmalıdır
Milli Məclisdən Xocalı soyqırımı ilə bağlı - Müraciət
16:47 26.02.2026
Milli Məclisdən Xocalı soyqırımı ilə bağlı - Müraciət
Nəriman Axundzadə ABŞ-a niyə gedə bilmir?
16:43 26.02.2026
Nəriman Axundzadə ABŞ-a niyə gedə bilmir?
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında - FOTOLAR
16:22 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında - FOTOLAR
Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır
16:16 26.02.2026
Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır
Azərbaycanda dollar satışı kəskin AZALDI
15:57 26.02.2026
Azərbaycanda dollar satışı kəskin AZALDI
Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi
15:53 26.02.2026
Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi
Ev dustağı olan bloger ana oldu
15:44 26.02.2026
Ev dustağı olan bloger ana oldu
İcra başçısı üç məmurun yerini dəyişdi
15:32 26.02.2026
İcra başçısı üç məmurun yerini dəyişdi
Xalq artistinin qızından rekord nəticə: 2 həftəyə 8.0 IELTS
15:07 26.02.2026
Xalq artistinin qızından rekord nəticə: 2 həftəyə 8.0 IELTS
Xanımların fotoları süni intellekt vasitəsilə montaj edilərək, əxlaqsız formada yayılır - Bunu edənləri hansı cəza gözləyir?
14:57 26.02.2026
Xanımların fotoları süni intellekt vasitəsilə montaj edilərək, əxlaqsız formada yayılır - Bunu edənləri hansı cəza gözləyir?
İran Azərbaycanla sərhəd boyunca uçuş xəbərdarlığı elan etdi
14:44 26.02.2026
İran Azərbaycanla sərhəd boyunca uçuş xəbərdarlığı elan etdi
Çempionlar Liqasının püşkatması nə vaxtdır?
14:38 26.02.2026
Çempionlar Liqasının püşkatması nə vaxtdır?
ABŞ rəsmisi: "Şimali Koreya ilə dialoqa açığıq"
14:37 26.02.2026
ABŞ rəsmisi: "Şimali Koreya ilə dialoqa açığıq"
BÜTÜN XƏBƏRLƏR
Copyright 2010-2025. “Azxəbər” İnformasiya Agentliyi. Müəllif Hüquqları Qorunur.
Created by